featured-image-77516

Marko Kukureliya karyerasını “Barselona”da davam etdirmək variantına müsbət yanaşır.

Msport.az xəbər verir ki, ispan futbolçunun mümkün qayıdışı ilə bağlı xəbərlər getdikcə daha da aktuallaşır.

27 yaşlı sol cinah müdafiəçisi “Çelsi”dən ayrılmağı düşünür. Bu qərar klubda baş məşqçi Enzo Mareskanın gedişindən sonra yaranmış vəziyyətlə əlaqələndirilir.

Kukurelya “Barselona”ya qayıtmağa hazırdır və bunu “evə dönüş” kimi qiymətləndirir. Bununla belə, katalon klubunun idman direktoru Deko ilə hələlik rəsmi danışıqlar aparılmayıb.

Bildirilir ki, “Çelsi” futbolçu üçün təxminən 50 milyon avro tələb edəcək.

Bənzər xəbərlər