featured-image-4526

Kalidu Kulibali bu yay “Napoli”ni tərk edəcək.

Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, Neapol klubu 30 yaşlı futbolçunu satmağa razılıq verib. Seneqal millisinin üzvünün müqaviləsi 2023-cü ilin yayınadəkdir. Lakin Kulibali müqavilə müddətini uzatmaqdan imtina edib. Bu səbəbdən də “Napoli” futbolçunu bu yay satıb bir qədər pul qazanmaq istəyir.

Müdafiəçiyə maraq göstərən klublar arasında “Barselona”, “İnter”, “Yuventus” və “Roma”nın adı çəkilir.

Kataloniya klubu hələ iki ay əvvəl Kulibalinin mümkün keçidi ilə bağlı təmasa keçmişdilər. Futbolçunun transferi “Barsa”ya təxminən 30 milyon avroya başa gələcək.

Bənzər xəbərlər