featured-image-7641

Bu yaxınlarda “Traktor” klubunun sükanı arxasına keçən Kurban Berdıyev niyə Təbriz klubunu seçdiyinə aydınlıq gətirib. Msport.az “Comment.show” Youtube kanalına müsahibəsində belə deyib:

“Əvvəlcə onu deyim ki, çox eşitmişəm və oxumuşam ki, mənim gəlişimdə Sərdar Azmunun vasitəçiliyi olub. Ancaq bu, belə deyil. İş orasındadır ki, “Traktor”un prezidentini mən çoxdan tanıyıram – “Rubin”in hələ “qızıl” dövründən. O, Kazana gəlmişdi və biz orada tanış olmuşduq. Kifayət qədər ambisyalı insandır.

O, baş məşqçi olmaqla bağlı təklif etməmişdi, infrastrukturun yaradılmasını istəmişdi. Biz danımışdıq ki, mən gələcəm. Biz İrana uçduq və söhbət etdik və artıq orada baş məşqçi olmaqla bağlı təklif gəldi. Hələlik fikirləşirik. Yekun cavab verməmişik. İlk dövrlər orada işləyəcəyim dəqiqdir, lakin hansı vəzifəni tutacam, buna hələ baxacağıq. Biz dedikdə  – Kiriçenko, Danilyants, fizioterapevt və oğlu Matsuranı nəzərdə tuturam. Demək olar ki, bütün ştab”.

Bənzər xəbərlər