Kurban Berdiyev cəzalandırıldı
AFFA İntizam Komitəsi “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevin cəzasını açıqlayıb.
Msport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXX turunda “Sabah”la oyunun 19-cu dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edən mütəxəssisə 3-ü şərti olmaqla 5 matçlıq cəza kəsilib.
Buna görə bölgə komandası 4000 manat cəriməyə məruz qalıb. Berdiyevə 3 aylıq sınaq müddəti verilib.
Görüşdə 4 üzvü sarı vərəqə alan “Turan Tovuz” 700 cərimələnib. Tovuzlu fanatlar tərəfindən meydançaya kənar əşyalar atılıb ki, bu, klubu 800 manat ziyana salıb. Meydan sahiblərinin azarkeşləri həm də hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlədib. Bu hal mövsümdə 5-ci dəfə təkrarlandığı üçün “Turan Tovuz” daha 1000 manat cərimə ilə üzləşib.
Matçın 45+2-ci dəqiqəsində qırmızı vərəqə alan “Sabah”ın futbolçusu Pavol Safranko isə bir turu buraxmalı olacaq. Bakılılar 500 manat da cərimələnib.