Kurtua “El Klasiko”nu buraxa bilər
“Real”ın qapıçısı Tibo Kurtua zədələnib.
Msport.az xəbər verir ki, o, La Liqanın IX turunun “Xetafe” ilə matçında sıradan çıxıb.
33 yaşlı qolkiper görüşün sonlarında seyv etdiyi zaman dizindən zərbə alıb. Kurtuanın Çempionlar Liqasının 3-cü turunun “Yuventus”la oyununu buraxacağı gözlənilir. Qapıçı La Liqanın növbəti turunda “Barselona” ilə “El Klasiko” qarşılaşmasına qədər bərpa olmaq istəyir.
Qeyd edək ki, Tibo cari mövsüm 17 matçda meydana çıxıb.