Kvaratsxeliya ÇL-in tarixinə düşdü
PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.
Msport.az xəbər verir ki, “Bavariya” ilə yarımfinal mərhələsinin cavab matçında (1:1) məhsuldar ötürmə müəllifi olan gürcüstanlı yarımmüdafiəçi ardıcıl 7-ci oyunda qolun vurulmasında iştirak edib.
Kvaratsxeliya turnir tarixində pley-off mərhələlərində bu göstəriciyə imza atan ilk oyunçudur.
Qeyd edək ki, Xviça bu mövsüm turnirdə 10 qol vurub, 6 məhsuldar ötürmə edib.







