featured-image-563

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya Rusiyanın “Rubin” klubunun düşərgəsinə qayıtmayacaq.

Msport.az “Match TV”yə istinadən xəbər verir ki, buna səbəb 21 yaşlı yarımmüdafiəçinin ailəsinin təhdid olunmasıdır.

Gürcülər Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə, gənc futbolçunun Kazan klubunda qalmasını istəmir.

Bosniya və Herseqovina və Albaniya ilə yoldaşlıq oyunları üçün yığmaya dəvət alan Kvaratsxeliyanın hansı qərarı qəbul edəcəyi hələlik bilinmir.

Qeyd edək ki, Xviça millimizin sabiq üzvü Badri Kvaratsxeliyanın oğludur.

Bənzər xəbərlər