La Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb
Ispaniyanın “Ovyedo” klubu baş məşqçisi Velko Paunoviçlə yollarının ayırıb.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Ovyedo” La Liqanın debütantıdır.
Komanda 8 turundan sonra 6 xalla 17-ci yerdədir.
Serbiyalı mütəxəssis bu il “Ovyedo”nun sükanı arxasına keçmişdi.