featured-image-78474

İspaniyanın “Osasuna” klubunun baş məşqçisi Alessio Lişi istefaya göndərilib.

Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Osasuna” La Liqadakı yerini yalnız sonuncu turda təmin edə bilib. Komanda mövsümü 17-ci sırada başa vurub.

İtaliyalı Lişi “Osasuna”ya qədər Sequndada “Mirandes”ə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2024-2025-ci illər mövsümünü 4-cü sırada başa vurub pley-offa vəsiqə qazanmışdı. Lakin “Mirandes” sonda La Liqaya vəsiqə əldə edə bilməmişdi.

Alessio Lişi “Levante”dəki fəaliyyəti ilə tanınır.

Bənzər xəbərlər