featured-image-78668

“Hans-Diter Flik İspaniya La Liqasının 2025-2026-ci illər mövsümünün ən yaxşı məşqçisi seçilib.

Msport.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi ardıcıl ikinci ildir ki, bu mükafata sahib olur.

O, səsvermədə “Xetafe”dən olan həmkarı Xose Bordalas və “Vilyarreal”ın baş məşqçisi Marselino Toralı qabaqlayıb.

Kataloniya klubu Flikin rəhbərliyi altında La Liqada ardıcıl ikinci mövsümdə də çempion olub.

Qeyd edək ki, almaniyalı mütəxəssis 2024-cü ilin yayından “Barsa”ya rəhbərlik edir.

Bənzər xəbərlər