featured-image-6160

2022/23 mövsümündə La Liqada iştirak edəcək sonuncu klub da müəyyənləşib.

Msport.az xəbər verir ki, sonuncu vəsiqəni “Jirona” qazanıb.

Sözügedən komanda Sequndada pley-offun finalında “Tenerife”yə qalib (0:0, 3:1) gələrək elitaya yüksəlib.

“Jirona” 2018/2019 mövsümünün sonunda 18-ci yeri tutaraq La Liqanı tərk etmişdi.

Xatırladaq ki, daha öncə “Almeriya” və “Valyadolid” yüksək liqada oynamaq hüququ qazanmışdı.

Bənzər xəbərlər