Lamin Yamal mövsümü qapadı
“Barselona”nın futbolçusu Lamin Yamal İspaniya La Liqasının 33-cü turunda “Selta” ilə matçda (1:0) zədələnib.
Msport.az xəbər verir ki, Kataloniya klubunun rəsmi saytı gənc oyunçunun vəziyyəti ilə bağlı açıqlama yayıb.
18 yaşlı vinger mövsümün sonuna kimi meydana çıxa bilməyəcək.
İspaniya millisinin də şərəfini qoruyan Yamalın DÇ-2026-ya kimi sıraya dönməsi gözlənilir.







