featured-image-71015

“Barselona”nın 18 yaşlı futbolçusu Lamin Yamal dəvət aldığı verilişdə “Real” haqqında kobud ifadələr sələndirib.

Msport.az xəbər verir ki, ulduz futbolçu bunu “Twitch.tv” internet televiziyasının canlı yayımında bildirib.

Belə ki, canlı yayım zamanı aparıcı Yamala “Real” oğurluq edirmi?” sualını ünvanlayıb. Cavabında istedadlı futbolçu gülərək deyib: “Bəli, onlar oğurluq edirlər, sonra isə şikayət edirlər – bu onların tərzidir”.

Aparıcı Gerard Romero isə öz növbəsində Lamin Yamala xəbərdarlıq edib: “Sakitləş, sakitləş, bu cür açıqlamalara görə ciddi sanksiyalarla üzləşə bilərsən”.

Bənzər xəbərlər