featured-image-2387

“Barselona”nın sabiq baş məşqçisi Ronald Kuman bəyan edib ki, o, Kataloniya klubunda işləyərkən prezident Joan Laportadan istənilən qədər dəstək görməyib. Msport.az xəbər verir ki, niderlandlı mütəxəssis bu haqda ESPN-ə danışıb:

“Barselona”da xoşuma gəlməyən o idi ki, klubun prezidenti həmişə ictimaiyyət önündə mənim fəaliyyətimə şübhə ilə yanaşdığını deyirdi. Öz aramızda söhbət edərkən belə deməyi mümkün idi. Ancaq ictimaiyyət qarşısında siz həmişə öz məşqçinizi müdafiə etməlisiniz.

“Barselona” öz DNK-sını itirib deyə, siz öz məşqçinizi buna görə ittiham edə bilməzsiniz. Klub mənim rəhbərliyim altında İspaniya kubokunu qazandı və əla oyun nümayiş etdirirdi. Hər zaman hər şey heyətdə olan futbolçulardan aslıdır. İndi isə “Barsa” dünyanın ən yaxşı oyunçuları ilə müqavilə bağlaya bilmir. “Liverpul”, “Mançester Siti” kimi klublarla arada böyük uçurum var. Hamımız oyunlarını izləmişik və aydın məsələdir ki, onlar “Barselona”dan qat-qat yaxşıdırlar”.

Bənzər xəbərlər