featured-image-70517

“Barselona” prezidenti Joan Laporta UEFA top klubların UEFA ilə münasibətlərindən danışıb. Msport.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri Superliqa ideyasını dəstəyən klubları UEFA ilə danışıqlara çağırıb.

“PSJ-nin prezidenti Naserlə (Superliqanın əlehinə çıxır) bizim çox yaxşı münasibətlərimiz var. “Barselona” Avropa futbolunda sülhün tərəfdarıdır. Biz UEFA ilə razılığa gəlmişik və ora qayıtmaq istəyirik. Superliqa klubları UEFA-ya dönməlidirlər.  “Barsa” UEFA ilə sıx əməkdaşlıq edir” – Laporta belə deyib.

Qeyd edək ki, Superliqada rəsmi olaraq yalnız “Real” və “Barselona” qalıb.

Bənzər xəbərlər