Latviya - Azərbaycan matçının hakimləri məlum oldu
İyunun 7-də Riqada keçiriləcək Latviya – Azərbaycan oyununun hakimləri məlum olub. Msport.az xəbər verir ki, “Skonto” stadionunda keçiriləcək yoldaşlıq matçını Maltadan olan hakimlər briqadası idarə edəcək.
Referi Trustin Farrugia Cann-a həmyerliləri Luke Portelli və Roberto Vella kömək edəcəklər.
Qarşılaşmanın 4-cü hakimi Latviya Futbol Federasiyasından Vitālijs Spasjonņikovs olacaq.
Xatıraldaq ki, Latviya – Azərbaycan oyunu iyunun 7-də Bakı vaxtı ilə 17:00-da başlayacaq.