featured-image-70715

Argentina millisinin hücumçusu Lautaro Martines yığmanın ən sərrast 5 futbolçusu sırasına daxil olub.

Msport.az xəbər verir ki, 28 yaşlı hücumçu Puerto-Riko ilə yoldaşlıq görüşündə (6:0) iki dəfə fərqlənərək millinin heyətində 34-cü və 35-ci qollarını vurub.

Bununla da Martines əfsanəvi Dieqo Maradonanı (34 qol) qabaqlayıb və Ernan Krespoya (35) çatıb. O, yalnız Serxio Aquero (42), Qabriel Batistuta (54) və Lionel Messidən (114) geri qalır.

Bənzər xəbərlər