featured-image-38931

“İlk oyundan sonra bilirdik ki, bizi ağır oyun gözləyir. Rəqibin heyətində kifayət qədər təhlükəli oyunçular var”.

Bu sözləri Msport.az saytına açıqlamasında “Qəbələ”nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov UEFA Gənclər Liqasında Macarıstanda “Puşkaş Akademiya” komandasına 1:0 hesabı ilə qalib gəlib mərhələ adladıqları oyunu şərh edərkən deyib.

Mütəxəssis rəqibin güclü və zəif tərəflərini analiz etdiklərini bildirib: “Meydan sahibləri gözlədiyimiz kimi oynadı. Uşaqlar verilən tapşırıqları düzgün yerinə yetirdilər. Düşünürəm ki, layiqli qələbə qazandıq. Hər iki komandanın kifayət qədər qol epizodları oldu. Amma biz istifadə edə bildik. Artıq növbəti mərhələni düşünürük”.

Qeyd edək ki, “Qəbələ” ikinci mərhələdə Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq.

Bənzər xəbərlər