Leao Premyer Liqa yolunda
“Aston Villa” “Milan”ın hücumçusu Rafael Leaonun transferi üçün danışıqlara başlayıb.
Msport.az xəbər verir ki, İngiltərə təmsilçisi İtaliya klubu ilə sövdələşmənin maliyyə şərtlərini müzakirə edir.
27 yaşlı portuqaliyalı hücumçunun özü də klubunu dəyişməyə qarşı deyil. Leao 2019-cu ildən “Milan”da çıxış edir. O, bu müddətdə bütün turnirlərdə keçirdiyi 293 matçda 80 qol vurub və 55 məhsuldar ötürmə müəllifi olub.
Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.







