Lempardın komandası 126 illik antirekordu təkrarladı
“Koventri Siti” İngiltərə yüksək liqası tarixində arzuolunmaz rekordu təkrarlayıb.
Msport.az xəbər verir ki, Frenk Lempardın komandası mövsümün ilk 4 oyununda məğlub olub və heç birində qol vura bilməyib.
“Koventri” İngiltərə yüksək liqası tarixində mövsümə 4 məğlubiyyət və qolsuz başlayan beşinci komanda olub. Daha əvvəl “Derbi” (1899/00), “Stok Siti” (1906/07), “Preston Nort End” (1924/25) və “Kristal Pelas” (2017/18) bu göstəriciyə imza atıb.
Lempard bununla da 100 ildən artıqdır mövcud olan arzuolunmaz rekordu təkrarlayan komandanın baş məşqçisi olub.







