featured-image-8236

“Barselona”ya transfer olunan Robert Levandovski “Bayern Münhen” klubu və azarkeşləri ilə vidalaşıb.

Msport.az xəbər verir ki, polşalı hücumçu sosial şəbəkə hesablarında etdiyi paylaşımda yazıb:

“Komanda yoldaşlarıma, bütün heyətə və “Bayern Münhen” rəhbərliyinə təşəkkür etmək istəyirəm. Çox sağ olun! Bizi dəstəkləyən və bir çox titullar qazanmağımıza kömək edən hər kəsə də təşəkkür edirəm. Mən birlikdə əldə etdiyimiz hər şeylə fəxr edirəm. İlk növbədə, azarkeşlərə təşəkkür etmək istərdim – klubu bu yerlərə gətirən sizsiniz. Biz oyunçular yalnız bir anlıq buradayıq. Mənim üçün burada səkkiz gözəl il keçdi, onu əbədi olaraq ürəyimdə saxlayacağam”.

Qeyd edək ki, Levandovski ötən gün Kataloniyaya gedib. La Liqa təmsilçisinin 33 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayacağı bildirilib.

Bənzər xəbərlər