featured-image-78033

“Əl Hilal” klubu “Barselona”nın hücumçusu Robert Levandovskini heyətində görmək istəyir.

Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi polşalı futbolçuya illik 90 milyon avro maaş təklif edir.

37 yaşlı forvard “Barselona” ilə müqaviləsini uzatmaq niyyətində deyil. Kataloniya klubu Levandovskiyə əmək haqqını azaldıb yeni müqavilə bağlamağı təklif edib. O isə bununla razılaşmır.

Bu səbəbdən Levandovski “Əl Hilal”ın təklifini qəbul etmək haqqında düşünür.

Polşa millisinin üzvü 2022-ci ilin yayından “Barsa”nın formasını geyinir.

 

Bənzər xəbərlər