featured-image-5896

“Real”ın prezidenti Florentino Peres “Bayern”in hücumçusu Robert Levandovskinin “Barselona”ya keçmə ehtimalına münasibət bildirib.

Msport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Levandovskinin “Barselona”ya keçməsinə yaxşı yanaşdığını deyib:

“Mən “Barselona”nın idman direktoru deyiləm, amma “Barselona” Levandovski ilə müqavilə bağlaya bilər. Robertin “Bayern” lə müqaviləsi olsa da, “Barsa”ya keçəcəyinə əmindir. O, “Barselona”ya keçə bilsə, hər şey yaxşı olacaq. “Barselona” və “Real” nə qədər çiçəklənsə, turnir hamı üçün bir o qədər maraqlı olacaq”.

Levandovski mayın 30-da “Bayern”dəkı dövrünün başa çatdığını və Münhen klubundan ayrılmaq istədiyini açıqlayıb. O, ötən mövsüm “Bayern”nin heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 50 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər