featured-image-1478

“Bayern Münhen”in hücumçusu Robert Levandovski baş məşqçi Yulian Naqelsmannın seçdiyi iş üsulları və taktikadan razı deyil.

Msport.az xəbər verir ki, bu barədə “Sport1” məlumat yayıb. Bildirilib ki,  komandanın iki aparıcı oyunçusu məşqçinin ideyalarına qarşıdır. Onlardan biri də Levandovskidir.

Polşalı forvard mütəmadi olaraq Naqelsmanın seçdiyi taktikanı, eləcə də məşqdə verdiyi çətin tapşırıqları tənqid edir.

Qeyd edək ki, Münhen klubu 69 xalla Almaniya Bundesliqasında liderdir. Onlar Çempionlar Liqasında Münhen klubu İspaniyanın “Vilyarreal” klubuna ümumilikdə 1:2 hesabı ilə uduzaraq 1/4 final mərhələsində mübarizədən kənarlaşdırılıb.

Bənzər xəbərlər