featured-image-4690

Robert Levandovski iyunun ortalarında “Barselona”ya keçmək istəyir.

Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubu ilə polşalı hücumçu arasında danışıqlarda xeyli irəliləyiş olub. Tərəflər demək olar ki, müqavilə ilə bağlı ortaq məxrəcə gəliblər.

Levandovskinin “Bayern Münhen”lə 2023-cü ilə qədər müqaviləsi olduğundan Almaniya təmsilçisi futbolçuya problem yarada bilər. Münhen klubu 33 yaşlı hücumçusunu buraxmaq istəmir. “Barsa” artıq elə təklif irəli sürməlidir ki, “Bayern Münhen” müsbət cavab versin.

Levandovski iyunun 14-də keçiriləcək Polşa – Belçika oyunundan sonra “Barselona”ya keçməyi düşünür. O, məzuniyyətə yollanarkən artıq transfer məsələlərinin həll edildiyinə əmin olmaq istəyir.

Bənzər xəbərlər