Levandovski növbəti dəfə “Qızıl buts”u qazandı
Futbol üzrə Polşa millisinin kapitanı Robert Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts” qazanıb.
Msport.az xəbər verir ki, “Bayern”in 34 yaşlı hücumçusu Almaniya Bundesliqasının 2021/22 mövsümündə meydana çıxdığı 34 oyunda 35 qol vurub.
Nəticədə 70 xala malik Levandovski rəqiblərini böyük fərqlə üstələyib. PSJ-nin hücumçusu Kilian Mbappe 28 qolla 56 xal toplayıb. Çiro İmmobile (“Latsio”) və Kərim Benzema (“Real”) hərəyə 27 qolla 54 xal yığaraq, 3-4-cü yerləri bölüşdürüblər. “Monako”nun hücumçusu Vissam Ben Yedder isə 25 qolla 50 xal toplayıb və ilk beşliyi qapayıb.
Xatırladaq ki, Robert Levandovski ötən mövsüm 41 qolla (82 xal) “Qızıl buts” qazanmışdı.