featured-image-3506

“Bayern Münhen” Robert Levandovskinin klubu tərk etmək istəməsini təsdiqləyib.

Msport.az “Sky Sport”a istinadən xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin idman direktoru Hasan Salihamiciç məlumat verib:

“Mən Robertlə söhbət etmişəm. O mənə dedi ki, müqaviləni uzatmaq istəmir və klubdan getmək niyyətindədir.  Levandovski dedi ki, özünü yeni yerdə sınamaq istəyir. Ancaq bizim mövqeyimiz dəyişməyib: onun müqaviləsi 2023-cü ilin 20 iyununa kimidir”.

Qeyd edək ki, “Barselona” Polşa millisinin forvardını transfer etmək istəyir.

Bənzər xəbərlər