Levandovski Türkiyə yolunda
“Barselona”nın müqavilə yeniləmək istəmədiyi Robert Levandovski karyerasını Türkiyədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, polşalı forvardın xidmətində “Fənərbağça” maraqlıdır.
Səudiyyə Ərəbistanı klublarında oynamaq variantını yaxına buraxmayan 37 yaşlı futbolçu cari mövsümün sonunda azad agent qismində “sari-bülbüllər”ə qoşula bilər.
Qeyd edək ki, Levandovskinin “Barselona” ilə müqaviləsinin müddəti yayda başa çatacaq. O, bu mövsüm bütün turnirlədə 9 oyunda 4 qol vurub.