Levandovskiyə Portuqaliyadan təklif
“Porto” bu yay azad agent olacaq Robert Levandovski ilə ciddi maraqlanır.
Msport.az xəbər verir ki, 37 yaşlı polşalı hücumçunun mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra “Barselona”dan ayrılacağı gözlənilir.
Levandovskinin karyerasını Avropa, Səudiyyə Ərəbistanı və MLS də daxil olmaqla davam etdirmək üçün bir neçə variantı olduğu bildirilir.
Lakin o, hələlik yekun qərar verməyib. Portuqaliyanın hazırkı çempionu “Porto” təcrübəli hücumçuya konkret təklif irəli sürəcək.
Polyak futbolçu mövsüm başa çatdıqdan sonra yekun qərarını verəcək.







