"Lex" Gürcüstan millisinin üzvü ilə anlaşdı
“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex Poznan” növbəti transferini reallaşdırıb.
Msport.az Polşa mətbuatına istinadən xəbər verir ki, “Lex” Gürcüstan millisinin və Kiyev “Dinamo”sunun futbolçusu Georgi Tsitaişvilini heyətə qatıb.
Ukrayna vətəndaşlığı da olan 22 yaşlı yarımmüdafiəçi tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, “Qarabağ” “Lex”lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.