featured-image-5083

Futbol üzrə Argentina milli komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Msport.az xəbər verir ki, bir neçə gün öncə “Finalissima”da İtaliya yığmasını 3:0 hesabıyla məğlub edən Cənubi Amerika çempionu, bu gün Estoniya ilə üz-üzə gəlib.

Qarşılaşma argentinalıların 5:0 hesablı qələbəsiylə yekunlaşıb. Qalib komandanın bütün qollarını (8, 45, 47, 71 və 76-cı dəqiqələrdə) Lionel Messi rəqib qapısından keçirib. O, karyerasında ikinci dəfə penta-trik müəllifi olub.

Bu gün həm də Peru yığması Yeni Zelandiyaya, Kolumbiya isə Səudiyyə Ərəbistanına minimal hesabla qalib gəlib.

Yoxlama oyunları
5 iyun

Peru – Yeni Zelandiya 1:0
Səudiyyə Ərəbistanı – Kolumbiya 0:1
Argentina – Estoniya 5:0

Bənzər xəbərlər