featured-image-14734

Fransanın “Brest” klubunda baş məşqçi istefası gerçəkləşib.

Msport.az xəbər verir ki, Liqa 1 təmsilçisi Mişel Ter-Zakaryanla yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Erməni mütəxəssis komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib. Belə ki, “Brest” Fransa çempionatında 10 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Mişel Ter-Zakaryan 2021-ci ilin iyun ayından “Brest”in baş məşqçisi vəzifəsini icra edirdi.

Bənzər xəbərlər