Liqa 1 klubunda baş məşqçi istefası
Fransanın “Reyms” klubu baş məşqçisi Oskar Qarsiyanı istefaya göndərib.
Msport.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İspaniyadan olan 49 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.
Qarsiya 2021-ci ilin iyunundan bu komandaya rəhbərlik edirdi.
“Reyms” Liqa 1-də 8 xalla 15-ci pillədə qərarlaşıb. Komanda oktyabrın 8-də 10-cu tur çərçivəsində evdə PSJ ilə qolsuz heç-heçə etmişdi.