“Liverpul” 2 fransıza “elçi düşdü”
“Liverpul” yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək üçün variantları nəzərdən keçirir.
Msport.az xəbər verir ki, İngiltərə nəhəngi Fransa klublarından iki yarımmüdafiəçi ilə ciddi maraqlanır.
Mersisaydlılar “Monako”nun yarımmüdafiəçisi Lamin Kamara və “Lens”in yarımmüdafiəçisi Mamadu Sanqareni heyətinə cəlb etməyə çalışır. Bundan başqa, “Liverpul”un əsas transfer hədəflərindən biri “Kristal Palas”ın yarımmüdafiəçisi Adam Uortondur. Kamaraya “Nyukasl” da elçi düşüb.
Lamin Kamara bu mövsüm bütün yarışlarda 23 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Sanqare isə 31 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
“Liverpul” hazırda Premyer Liqa turnir cədvəlində 58 xalla dördüncü yerdədir. Arne Slottun komandası növbəti oyununu 9 mayda evdə “Çelsi” ilə keçirəcək.







