“Liverpul” 40 milyon ayırdı – alman futbolçu üçün
“Liverpul” “Leypsiq”in yarımmüdafiəçisi Assan Uedraoqonu transfer siyahısına əlavə edib.
Msport.az xəbər verir ki, mersisaydlılar 19 yaşlı futbolçu üçün təxminən 40 milyon avro təklif etməyə hazırdırlar.
“Leypsiq” Uedraoqonun transferi üçün 45-50 milyon avro qiymətində danışıqlara başlamağa hazırdır. Vurğulanır ki, “Nyukasl” yarımmüdafiəçi üçün “Liverpul”un rəqibi ola bilər.
Uedraoqo bu mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb, üç qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.







