featured-image-14613

“Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnold zədələnib.

Msport.az xəbər verir ki, o, Premyer Liqanın 10-cu turunun “Arsenal”la oyununda (2:3) sıradan çıxıb.

Komandanın baş məşqçisi Yurgen Klopp matçdan sonra futbolçunun müayinədən keçməli olduğunu deyib:

“Trent topuğunu burxub, yaxşı deyil. O, çox ağrıyırdı, topuğu dərhal şişməyə başladı. Ona görə də, tibbi müayinədən keçməlidir”.

Aleksandr-Arnold bu mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb, 3 qol vurub.

Bənzər xəbərlər