“Liverpul” Diomande üçün 100 milyon ödəməyə hazırdır
“Liverpul” “Leypsiq”ə cinah oyunçusu Yann Diomande üçün təxminən 100 milyon avro ödəməyə hazır olduqlarını bildirib.
Msport.az xəbər verir ki, “Liverpul” 19 yaşlı futbolçu üçün yarışda liderlik edir.
Lakin “Leypsiq” Diomandeni satmaq istəmədiyi üçün mersisaydlılar başqa bir hücumçunu nəzərdən keçirməyə hazırdırlar. PSJ də cinah oyunçusu ilə maraqlanır.
Ötən mövsüm Diomande bütün yarışlarda 36 oyunda meydana çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 90 milyon avrodur.







