featured-image-4712

“Liverpul” Fransanın idman nazirindən klubun azarkeşləri haqqında səsləndirdiyi fikirlərə görə üzr istəməsini tələb edir.

Msport.az xəbər verir ki, nazir Ameli Udea-Kastera “Liverpul” fanatlarının bir çoxunun Çempionlar Liqasının finalına biletsiz və ya saxta biletlə gəldiyini idda edib.

İngiltərə klubunun cavabı özünü çox gözlətməyib: “Biz heyrət içindəyik ki, bu cür post tutan adam məsələ araşdırılmamışdan belə açıqlama verir. Bütün faktları üzə çıxaracaq müstəqil araşdırma hələ ki olmayıb. Finalda baş verənlərlə bağlı şəffaf, müstəqil təhqiqat aparmaq lazımdır.

Heç bir araşdırma olmamış, indiki mərhələdə bu cür fikir bildirmək qəbuledilməzdir. Bu cür açıqlamalar gərəksizdir. Hər kəs bütün diqqətini təhqiqata yönəltməlidir.

UEFA bizim azarkeşlərə stadiona təhlükəsiz gəlməklə bağlı informasiya vermişdi və onlar bundan istifadə ediblər. Onlar göstərilən vaxtda arenaya yaxınlaşıblar. Problem stadiona gələrkən yaşanıb”.

 

 

Bənzər xəbərlər