featured-image-5600

“Benfika” Darvin Nunyesin transferi ilə bağlı “Liverpul”la razılığa gəldiyini açıqlayıb. Msport.az xəbər verir ki, Portuqaliya klubunun rəsmi saytı bu barədə məlumat yayıb.

22 yaşlı uruqvaylı futbolçunun keçidi Yurgen Kloppun komandasına 75 milyon avroya başa gələcək. Bundan başqa, “Benfika” 25 milyon da müxtəlif bonuslardan ala bilər.

Nunyes “Liverpul”la 2028-ci ilədək müqavilə bağlayıb.

Bənzər xəbərlər