featured-image-3402

“Liverpul” “Roma”nın gənc ulduzu Nikolo Zanyolo ilə maraqlanır.

Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu İtaliya klubu ilə müqavilənin uzadılmasına razılıq verməyib.

“Roma” Zanyolo başqa kluba transfer olsa, 65=70 milyon avro qazanmaq istəyir. Paytaxt klubu yarımmüdafiəçi ilə 2024-cü ilə qədər nəzərdə tutulan müqaviləni uzatmaq niyyətində idi. Ancaq futbolçu digər klubların marağını görüb “Roma”da qalmaya bilər.

Nikolo 2018-ci ildən “canavarlar”ın formasını geyinir. Zanyolo bu mövsüm A seriyasında 24 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə verib.  Yarımmüdafiəçi “Yuventus”un da yayda əsas transfer hədəflərindən biridir.

Bənzər xəbərlər