featured-image-479

İngiltərə Premyer Liqasında təxirə salınmış iki oyun keçirilib.

Msport.az xəbər verir ki, “Brayton” “Tottenhem”i, mərkəzi oyunda isə “Arsenal” “Liverpul”u qəbul edib.

Hər iki oyun qonaqların inamlı qələbəsi ilə başa çatıb. “Liverpul” bu qələbədən sonra  xallarını 69-a çatdıraraq lider “Mançester Siti” ilə xal fərqini minimuma endirib. “Tottenhem” isə bir pillə irəliləyərək 7-ci pilləyə yüksəlib.

İngiltərə Premyer Liqası

16-cı turun oyunu

Brayton – Tottenhem 0:2

Qollar: Romero, 37, Keyn, 57

27-ci turun oyunu

Arsenal – Liverpul 0:2

Qollar: Jota, 54, Firmino, 62

Bənzər xəbərlər