featured-image-85289

“Çempionlar Liqasında oynamaq həmişə çətindir. Xüsusilə də belə komandalarla qarşılaşanda. Çünki onlar “Barselona”ya qarşı oynayarkən daha çox motivasiya olurlar”.

Msport.az xəbər verir ki, bunu “Barselona”nın hücumçusu Qabriel Jezuş UEFA Çempionlar Liqasının 5-ci turunda “Sabah”a qarşı Bakı Olimpiya Stadionunda keçirilən oyun barədə danışarkən deyib.

Braziliyalı forvard komandasının 4:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada 4-cü qolun müəllifi olub. Jezuş görüşün onlar üçün asan keçmədiyini etiraf edib: “Burada oynamaq asan deyil. Üstəlik, heyətdə dəyişikliklər olur, müntəzəm meydana çıxmayan futbolçular oynayır. Bu da hamı üçün çətindir. Qələbə qazandıq və qol vurduğum üçün çox sevincliyəm. Amma çıxışımdan o qədər də razı deyiləm. Mən komandanın 9 nömrəsiyəm, həmişə qol vurmağı sevirəm. Bu istiqamətdə çalışmağa davam etmək istəyirəm”.

Jezuşun fikrincə,“Barselona” birinci hissədə oyuna köklənməkdə çətinlik çəkib. Hücumçu müntəzəm oyun praktikası olmayan futbolçuların meydanda ritm tapmasının bir qədər çətin olduğunu bildirib: “Çox oyun vaxtı almayan futbolçularla meydana çıxanda qarşılaşma ərzində həll yolları tapmaq bir qədər çətinləşir. Matçın əvvəlində daha çox çətinlik çəkdik, amma rəqibə böyük hörmətlə yanaşdıq. Çoxsaylı qol imkanlarımız oldu. Bu da futbolun bir hissəsidir”.

Braziliya millisinin üzvü komandadakı rolundan da danışıb: “Bu, mənim üçün çox vacibdir. Çünki həmişə qol vurmaq istəyirəm. Fərqli rola malik olduğumu bilsəm də, yaxşı oynamaq üçün daha çox şans və oyun dəqiqələri əldə etmək istəyirəm. Bu gün bəlkə də istədiyim səviyyədə çıxış etmədim, amma qol vurmağı bacardım”.

Bənzər xəbərlər