featured-image-85293

“Sabah”ın yarımmüdafiəçisi Umarali Rahmonaliyev Qazaxıstandan gələn təkliflərlə bağlı qərarını verib.

Msport.az xəbər verir ki, 23 yaşlı orta sahə oyunçusu həmin ölkəyə köçməyəcək.

Karyerasını Qərbi Avropada davam etdirmək istəyən Özbəkistan millisinin üzvü Qazaxıstan Premyer Liqasında oynamaq variantının üstündən xətt çəkib. Rahmonaliyev Çempionlar Liqasında özünü göstərərək daha böyük liqalara keçəcəyinə inanır.

Qeyd edək ki, “Sabah”ın Rusiya klubu “Rubin”dən 400 min avroya transfer etdiyi Umarali Rahmonaliyevin müqavilə müddəti 2028-ci ilin sonuna qədərdir.

Bənzər xəbərlər