featured-image-4619

“Liverpul” Çempionlar Liqasının finalında “Real”a uduzsa da (0:1), komanda şəhərdə böyük coşğu ilə qarşılanıb.

Msport.az xəbər verir ki, avtobusla şəhər turuna çıxan komandanın görüşünə minlərlə azarkeş gəlib.

Yurgen Kloppun komandası bu mövsüm Liqa kubokunu və İngiltərə kubokunu qazanıb.

“Liverpul” 2019-cu ildə Çempionlar Liqasını qazananda bununla əlaqədar parada 750 min insan çıxmışdı. Bu dəfə dəqiq rəqəm açıqlanmayıb.

Qeyd edək ki, Liverpul şəhərinin meri Coan Anderson hələ mayın əvvəlində belə bir tədbirin olacağını demişdi.

 

 

media-liv-2media-liv-1

media-liv-3media-liv-5

media-liv-7media-liv-8

 

 

media-liv-9media-liv-6

Bənzər xəbərlər