“Liverpul”un əfsanəsini təhqir etdi – “Ağzını yu”
“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager “Everton”un braziliyalı hücumçusu Riçarlisonu tənqid edib.
Msport.az xəbər verir ki, Riçarilson Karragerə olduqca sərt cavab verib.
O, “Twitter”də belə yazıb: “Karrager, “Everton” və mənim haqqımda danışmazdan əvvəl ağzını yu. Mən sənə hörmət etmirəm”.
24 yaşlı Riçarlison bu mövsüm “Everton”da 30 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.