featured-image-78624

“Liverpul” Andoni İraolanı baş məşqçi təyin etməklə bağlı ispan mütəxəssislə razılığa gəlib.

Msport.az xəbər verir ki. bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, danışıqlar son 48 saatda irəliləyib və tərəflər razılığa gəliblər. Təyinat yaxın vaxtlarda rəsmən açıqlanacaq.

“Liverpul” mayın 30-da Arne Slotla yollarını ayırdığını açıqlayıb.

43 yaşlı İraolanın son klubu “Bornmut” olub. Onun rəhbərliyi altında komanda İngiltərə Premyer Liqasını 6-cı yerdə başa vurub. İspaniyalı məşqçi 2023-cü ildən “Bornmut”da işləyirdi.

 

Bənzər xəbərlər