“Liverpul” və “Çelsi” 20 yaşlı müdafiəçi üçün mübarizə aparır
“Sportinq”in futbolçusu Usman Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Msport.az xəbər verir ki, “Çelsi”, “Liverpul” və “Nyukasl” 20 yaşlı mərkəz müdafiəçisini transfer etmək istəyir. Bu barədə İngiltərə mediası məlumat yayıb.
Gənc oyunçunun Portuqaliya klubu ilə müqaviləsində 80 milyon avroluq sərbəstqalma maddəsi var. Lissabon təmsilçisi futbolçunu bu məbləğdən aşağı qiymətə satmağı düşünmür.
Qeyd edək ki, “Sportinq” Usman Diomandeni 2023-cü ilin yayınvar ayında “Midtyullan”dan transfer edib. Fil Dişi Sahili milli komandasının üzvü bu mövsüm “ağ-yaşıllar”ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.