İtaliya nəhəngi millimizin hücumçusu ilə maraqlanır
“Sampdoriya”nın və Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzotero Milan “İnter”inə keçə bilər.
Msport.az xəbər verir ki, o, İtaliya nəhənginin “Sampdoriya”nın əsas komandasında son 4 oyuna 4 qol vuran 18 yaşlı hücumçunu izlədiyini bildirib.
“İnter” son həftələrdə “Sampdoria”nın oyunlarını izləmək üçün bir neçə skaut göndərib. Mezzotero bu mövsüm B seriyasında 6 matçda 4 qol vurub.
Qeyd edək ki, “Sampdoriya” ötən həftə Mezzotero ilə 2030-cu ilin iyununa qədər olan yeni müqavilə imzalayıb.







