Loran Blanı Konseysao əvəzlədi
“Əl-İttihad”ın yeni baş məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisini Serjio Konseysao çalışdıracaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Portuqaliyalı mütəxəssislə qarşıdakı 1-2 gün ərzində müqavilə imzalanacaq. O, bu vəzifədə istefaya göndərilən Loran Blanı əvəzləyəcək.
Qeyd edək ki, Serjio Konseysaonun son iş yeri “Milan” olub.