featured-image-763

İspaniya milli komandasının baş məşqçisi Luis Enerike “Mançester Yunayted”in sükanı arxasına keçməyə namizədlər sırasında olmasına münasibət bildirib.

Msport.az xəbər verir ki, o, dünya çempionatında İspaniya yığmasına rəhbərlik edəcəyini deyib:

“Mən Qətərdə İspaniya komandasının başında olacam. Ondan sonra necə olacaq, bunu mundial başa çatdıqda biləcəyik. Başqa hansı şübhəniz ola bilər? Bunu bir daha təkrar edim? İndi ölkəmi Qətərdə təmsil etməkdən savayı məni maraqlandıran ikinci başqa iş yoxdur”.

51 yaşlı mütəxəssisin adı “Mançester Yunayted”in baş məşqçi postuna namizədlər içində hallanırdı.

Bənzər xəbərlər